Yuxarı

"Yatmış gözəl və cırtdanlar" Musiqili Teatra gələcək

Teatr yeni il şənliyinə hazırlaşır

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqli Teatrı yeni il şənliyinə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə Musiqili Teatrın mətbuat xidməti məlumat yayıb.

Musiqili Teatrda əyləncəli Yeni il şənliklərinin hazırlıqları başa çatmaq üzrədir. Hər il olduğu kimi bu il də, teatrın kollektivi balaca tamaşaçıları uzun müddət unuda bilməyəcəkləri maraqlı anlar, sürprizlər, hədiyyələr və yeni tamaşa ilə sevindirəcəklər. Yeni İl bayram proqramlarının bəzəyi olan Şaxta baba və Qar qız balacaları teatrın məhz onlar üçün hazırladığı yeni tamaşaya – Şarl Peronun “Yatmış gözəl və cırtdanlar” səhnə əsərinə baxmağa dəvət edir.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Elşad Rəhimzadədir. E.Rəhimzadə Musiqili Teatrın hazıladığı Yeni İl şənliklərində balacaları "Disney"in məşhur nağıl qəhrəmanları, sehirli pərilər, oyunbaz çırtdanlar, cadugər, Santa Klaus, sevimli nağıl personajları – Macdonald, Vinni Pux və başqaları ilə əyləncəli anların gözlədiyini deyir.

“Yatmış gözəl və cırtdanlar” tamaşasındakı yatmış gözəli oyadacaq Prins – şahzadə məhz balaca tamaşaçılar arasından seçiləcək. Həmin balaca tamaşaçı – şahzadə zaldan səhnəyə gələnə qədər müxtəlif sınaqlardan keçərək sonda yatmış gözəli oyadacaq.

Tədbirin sonunda Şaxta baba hədiyyələrlə balaca tamaşaçıları sevindirəcək.

Qeyd edək ki, tamaşalar 2014-cü il dekabrın 25-dən 2015-ci il yanvarın 10-a qədər təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi