Yaşar Nurinin şəxsi arxivi Teatr Muzeyinə hədiyyə edilib

Yaşar Nurinin şəxsi arxivi Teatr Muzeyinə hədiyyə edilib Muzeydə onunla bağlı guşə yaradılacaq
İncəsənət
4 Noyabr , 2015 14:14
Yaşar Nurinin şəxsi arxivi Teatr Muzeyinə hədiyyə edilib

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanın görkəmli teatr və kino aktyoru, mərhum xalq artisti Yaşar Nurinin şəxsi arxivi Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə hədiyyə edilib.

Bu barədə "Report"a Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva məlumat verib.

O, indiyədək xalq artistinin şəxsi əşyalarının Novxanıdakı bağ evində saxladıqlarını bildirib: "Oranı muzey kimi düzəltmişəm. Bir neçə gün əvvəl Azərbaycan Dövlət Teatr Muzeyinin əməkdaşlarına Yaşarın şəxsi əşyalarından bir hissəsini təhvil verdim. Teatr Muzeyində Yaşar Nurinin guşəsi yaradılacaq. Yaşarın şəxsi əşyalarını, fotoşəkillərinin kolleksiyasını yığmışam. Bu kolleksiyanın bir hissəsini Yaşar Nuridən əbədi xatirə kimi hədiyyə etdim".

Qeyd edək ki, arxivdə aktyorun həyat və yaradıcılığını əks etdirən çoxlu sayda fotolar, şəxsi əşyalar, sənədlər toplanıb. Hazırda materialların muzeyin fonduna daxil olması istiqamətində iş gedir.
Yaxın günlərdə muzeyin ekspozisiyasında aktyorun şəxsi arxivinin əsasında hazırlanacaq guşənin təqdimatı və sənətkarın anım günü keçiriləcək.

Son xəbərlər

Orphus sistemi