Yaşar Nurinin anım mərasimi keçirilib

Yaşar Nurinin anım mərasimi keçirilib Sənət dostları mərhum xalq artisti ilə bağlı xatirələrini bölüşüblər
İncəsənət
20 Noyabr , 2015 16:48
Yaşar Nurinin anım mərasimi keçirilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xalq artisti Yaşar Nurinin anım mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının, Bakı teatrlarının rəhbərlikləri, teatr tənqidçiləri, rejissor və aktyorlar, Yaşar Nurinin ailə üzvləri, tələbələr iştirak ediblər.

Xatırladaq ki, Yaşar Nurinin ailəsi mərhum aktyorun şəxsi arxivini muzeyə hədiyyə edib.

Bu arxiv əsasında muzeyin ekspozisiyasında aktyora həsr olunmuş guşə yaradılıb. Anım tədbirində iştirakçılar fonda daxil olmuş şəxsi arxiv əşyaları və guşə ilə tanış olublar.

Qonaqlara mərhum aktyorun yaradıcılığını əks etdirən videoçarxlar nümayiş etdirililib, sənət dostları - Ramiz Həsənoğlu, Rafael Dadaşov, Afaq Bəşirqızı, İlham Namiq Kamal, Hacı İsmayılov onunla bağlı xatirələrini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi