Yaşar Nurinin xatirəsi anılacaq

Yaşar Nurinin xatirəsi anılacaq Tədbir noyabrın 20-də Teatr Muzeyində olacaq
İncəsənət
17 Noyabr , 2015 11:49
Yaşar Nurinin xatirəsi anılacaq

Bakı. 17 noyabr. REPORT.AZ/ Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xalq artisti Yaşar Nurinin anım mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, tədbirə Mədəniyyət və Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının, Bakı teatrlarının rəhbərlikləri, teatr tənqidçiləri, rejissor və aktyorlar, Yaşar Nurinin ailə üzvləri, tələbələr, muzey əməkdaşları və media nümayəndələri dəvət olunub. 

Yaşar Nurinin ailəsi mərhum aktyorun şəxsi arxivini muzeyə hədiyyə edib.

Bu arxiv əsasında muzeyin ekspozisiyasında aktyora həsr olunmuş guşə yaradılıb. Noyabrın 20-də keçiriləcək anım tədbirində iştirakçılar fonda daxil olmuş şəxsi arxiv əşyaları və guşə ilə tanış olacaqlar.

Həmçinin qonaqlara aktyorun yaradıcılığını əks etdirən video çarxlar nümayiş etdiriləcək, yaxınları və sənət dostları onunla bağlı xatirələrini bölüşəcək. 

Son xəbərlər

Orphus sistemi