“Təhsil” televiziyasının hazırladığı filmlərin təqdimatı keçirilib

“Təhsil” televiziyasının hazırladığı filmlərin təqdimatı keçirilib Televiziya tərəfindən qısa müddət ərzində 30-dan çox film çəkilib
İncəsənət
18 Mart , 2016 18:07
“Təhsil” televiziyasının hazırladığı filmlərin təqdimatı keçirilib

Bakı. 18 mart. REPORT.AZ/ YARAT Müasir İncəsənət Mərkəzində bu gün “Təhsil” televiziyasının hazırladığı filmlərin təqdimat mərasimi keçirilib. "Report"un məlumatına görə, tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, deputatlar, təhsil ekspertləri, ali məktəblərin rektorları iştirak ediblər.

İlk olaraq “Təhsil” televiziyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Məlumat verilib ki, 2015-ci ilin sentyabrından fəaliyyətə başlayan televiziya tərəfindən qısa müddət ərzində 30-dan çox film çəkilib.

Mərasimdə müəllim, tələbə, Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunlarının obrazları canlandırılan filmlərdən 7-si nümayiş etdirilib. Daha sonra filmlərin qəhrəmanları və yaradıcı heyəti öz təəssüratlarını bölüşüblər.

Təhsil naziri Mikayıl Cabbarov Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulduğu kimi, bu televiziyanın yaranmasının uşaq və gənclərin intellektual fəaliyyətinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədinə xidmət etdiyini bildirib.

“Təhsil” televiziyasının maarifçilik missiyası daşıdığını deyən nazir televiziyanın gələcəkdə fəaliyyətini genişləndirməklə təhsil islahatlarına daha böyük töhfə verəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi