Yarat Müasir İncəsənət Mərkəzində “Qara bağ” filmi nümayiş etdiriləcək

Yarat Müasir İncəsənət Mərkəzində “Qara bağ” filmi nümayiş etdiriləcək Filmin nümayişindən sonra yaradıcı heyət sualları cavablandıracaq
İncəsənət
18 Avqust , 2016 16:55
Yarat Müasir İncəsənət Mərkəzində “Qara bağ” filmi nümayiş etdiriləcək

Bakı. 18 avqust. REPORT.AZ/ Yarat Müasir İncəsənət Mərkəzində avqustun 23-də Amil Məmiyevin “Qara bağ” qısametrajlı bədii filminin nümayişi keçiriləcək.

Bu barədə "Report"a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

Yarat Film Klubunun çərçivəsində təşkil olunacaq nümayiş filmin yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.

Qeyd edək ki, “Qara bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

“Qara bağ” filminin ssenari müəllifi və quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırıb. 

Son xəbərlər

Orphus sistemi