Yuxarı

Yarat Müasir İncəsənət Mərkəzində “Hədiyyə” filminin nümayişi keçiriləcək

Filmin nümayişi avqustun 30-da olacaq

Bakı. 26 avqust. REPORT.AZ/ Yarat Müasir İncəsənət Mərkəzində avqustun 30-da Emin Əfəndiyevin “Hədiyyə” qısametrajlı bədii filminin nümayişi keçiriləcək.

Bu barədə "Report"a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

Yarat Film Klubunun çərçivəsində təşkil olunacaq nümayişdən sonra yaradıcı heyət tamaşaçıların suallarını cavablandıracaq. 

Filmin nümayişinə giriş pulsuzdur.

Qeyd edək ki, “Hədiyyə” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissorun lentə aldığı “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

“Hədiyyə” filminin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Azər Əsgərov, bədii rəhbəri Eldar Quliyev, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı və digərləri canlandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi