Bakı. 24 fevral. REPORT.AZ/ Hollivudun məşhur aktyoru Leonardo di Kaprionun Yakutiyadan olan fanatları aktyorun şərəfinə maraqlı hədiyyə hazırlayıblar.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, fanatlar qızıl və gümüşdən "Oskar" heykəlciyi düzəldiblər.
Heykəlciyin hazırlanmasına 3,5 qr qızıl və 1,4 kq gümüş sərf edilib.
Kampaniyada Leonardo di Kaprionun Yakutiyadan və yaxın şəhərlərdən olan 144 fanatı iştirak edib.
Fanatlar heykəlciyə "Ulduzlarla danışan" adını qoyub.
Pərəstişkarlar qeyd ediblər ki, onların hazırladıqları heykəlcik "Oskar" mükafatının təqdimat mərasiminə qədər hazır olacaq.
Xatırladaq ki, "Oskar" kino mükafatının builki təqdimat mərasimi fevralın 28-də olacaq.