Yuxarı

“Yağış göbələyinin macərası” tamaşası 50-ci dəfə nümayiş olunacaq

Tamaşa Xeyirlə Şərin mübarizəsindən bəhs edir

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında R.Şəfəq və V.Ziminin “Yağış göbələyinin macərası” adlı iki hissəli musiqili nağıl-tamaşası 50-ci dəfə nümayiş olunacaq.

"Report" xəbər verir ki, balaca tamaşaçılar üçün nəzərdə tutalan tamaşa uzun müddətdir ki, Dövlət Musiqili Teatrının repertuarındadır.

Tamaşanın 50-ci nümayişi noyabrın 15-də saat 12.00-da olacaq. Xeyirlə Şərin mübarizəsindən bəhs edən “Yağış göbələyinin macərası”nı nəinki kiçlik yaşlı tamaşaçılar, hətta böyüklər də həmişə maraqla izləyib.

Tamaşa doğruluğu, dürüstlüyü, qəhrəmanlığı və ən əsası ana təbiətə sevgini, təbiəti qorumağın vacibliyini təbliğ edir. Təbiəti məhv etmək istəyən şər qüvvələr yağışı oğurlayır və beləliklə, xeyirlə şərin mübarizəsi başlayır.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru əməkdar artist, “Tərəqqi” medallı Boris Qrafkin, quruluşçu-rəssamı Validə Ümman, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Emin Həsənov, rejissor assistenti Elməddin Dadaşovdur.

Tamaşada rolları əməkdar artist Svetlana Bulax, aktyorlar Rauf Babayev, Marina Litvinenko, Əliməmməd Novruzov, Nadejda Povelitsına, Yuliya Heydərova, Gülnarə Əzizova və başqaları ifa edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi