Nizami Kino Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr olunmuş Kino Axşamı keçiriləcək

Nizami Kino Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr olunmuş Kino Axşamı keçiriləcək Tədbirdə kino xadimləri və ictimaiyyət nümayəndələri iştirak edəcək
İncəsənət
17 Fevral , 2015 11:44
Nizami Kino Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr olunmuş Kino Axşamı keçiriləcək

Bakı. 17 fevral. REPORT.AZ/ Fevralın 26-da Nizami Kino Mərkəzində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş Kino Axşamı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Tədbirdə kino xadimləri və ictimaiyyət nümayəndələri iştirak edəcək.

Kino Axşamında nazirliyin sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasının istehsal etdiyi Azərbaycanın torpaqları uğrunda şəhid olan qəhrəmanların xatirəsinə həsr olunmuş, rejissor Şamil Nəcəfzadənin "Müharibə uşaqları" və Azərbaycanın Milli Qəhrəmanı Hikmət Nəzərliyə həsr olunmuş, rejissor Könül Kərimovanın "Biz qayıdacağıq" sənədli filmləri ilk dəfə nümayiş etdiriləcək.

Son xəbərlər

Orphus sistemi