Yuxarı

Xocalı faciəsinə həsr olunmuş “Arzu və Murad” tamaşası göstərilib

Xocalı faciəsinə həsr olunmuş “Arzu və Murad” tamaşası göstərilib

60

Tamaşa Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunub

Bakı. 23 fevral. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tamaşa nümayiş etdirilib.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

Xocalının işğalı zaman əsir düşmüş gənc qızın faciəvi taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumundan bəhs edən Seymur Elsevərin “Arzu və Murad” tamaşasını Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əskərov, rayon ictimaiyyətinin nümayəndələri, Xocalıdan didərgin düşmüş soydaşlarımız və rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi izləyib.

Tamaşadan öncə teatrın foyesində Nəsimi rayon məktəblərində təhsil alan şagirdlərin əl işlərindən ibarət Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisi də nümayiş olunub.

Səhnə əsəri  fevralın 24-də Pirallahı rayon ictimaiyyətinə, fevralın 26-da isə ADGTT-nın binasında geniş tamaşaçı auditoriyası üçün də nümayiş olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi