XIX TÜRKSOY Opera Günləri Festivalı keçiriləcək

XIX TÜRKSOY Opera Günləri Festivalı keçiriləcək Tədbir bu il dünya şöhrətli müğənni Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyinə həsr olunacaq
İncəsənət
23 Sentyabr , 2016 20:13
XIX TÜRKSOY Opera Günləri Festivalı keçiriləcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Türkiyədə oktyabrın 5-dən 12-dək XIX TÜRKSOY Opera Günləri Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, tədbir bu il dünya şöhrətli müğənni Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyinə həsr olunacaq. Festivalda türkdilli ölkələrin tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.

Festival çərçivəsində konsertlər İstanbul və Qirnədə (Şimali Kipr Türk Respublikası) təşkil olunacaq. Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri, xalq artisti Azər Zeynalov və əməkdar artist Afaq Abbasova təmsil edəcək. Solistlərimiz klassik dünya bəstəkarlarının əsərləri ilə yanaşı, vaxtilə Rəşid Behbudovun repertuarında yer almış ariya və duetləri də ifa edəcəklər.

Son xəbərlər

Orphus sistemi