Xəzər Dəniz Gəmiçiliyi 160 illiyi ərəfəsində rəsm müsabiqəsi keçirir

Xəzər Dəniz Gəmiçiliyi 160 illiyi ərəfəsində rəsm müsabiqəsi keçirir Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün “Gəmiçilik – 160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularında təsviri incəsənət (rəngkarlıq, heykəltəraşlıq, qrafika) müsabiqəsi elan edir.
İncəsənət
15 May , 2018 20:51
Xəzər Dəniz Gəmiçiliyi 160 illiyi ərəfəsində rəsm müsabiqəsi keçirir

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün “Gəmiçilik – 160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularında təsviri incəsənət (rəngkarlıq, heykəltəraşlıq, qrafika) müsabiqəsi elan edir.

Gəmiçilikdən "Report"a verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Xəzər dənizçilərinin çətin və spesifik əməyi ilə geniş auditoriyanı yaxından tanış etmək, Xəzəri əlverişli su yolu, zəngin təbii sərvət qaynağı, gözəl mənzərələr məkanı kimi tərənnüm etmək və qiymətli ekosistem kimi qorunmasının vacibliyini ön plana çəkmək, rəssamları dənizçilərin fədakar əməyi ilə dərindən tanış olmağa stimullaşdırmaq, gənc və istedadlı rəssamları dəstəkləmək və onların işi ilə geniş auditoriyanı yaxından tanış etməkdir.

Müsabiqəyə 17-35 yaş arasında olan şəxslər müraciət edə bilərlər. Təqim olunan rəsm əsəri böyük hissədə minimum 50 santimetrdən az olmamalıdır. Müsabiqə üçün işlər 20 may 2018-ci ildən 20 avqust tarixinədək təqdim olunmalıdır. Müsabiqə üçün əsərlərin elektron variantda fotoşəkli mütləqdir. Bundan başqa, əsərlərin fotoşəkillərini çəkərkən paspartu və çərçivədən istifadə edilməlidir.

Müsabiqə haqqında daha ətraflı məlumatı BURADAN əldə edə bilərsiniz. 

Son xəbərlər

Orphus sistemi