Xəyyam Mirzəzadə II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB-4

Xəyyam Mirzəzadə II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB-4 Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə torpağa tapşırılıb.
İncəsənət
31 İyul , 2018 14:27
Xəyyam Mirzəzadə II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB-4
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə torpağa tapşırılıb.

"Report" xəbər verir ki, mərhum II Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, X.Mirzəzadə ötən gün uzun sürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.


*** 13:54

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə ilə vida mərasimi başa çatıb. 

"Report" xəbər verir ki, mərhum II Fəxri xiyabanda dəfn olunacaq.


*** 13:39

Bakı. 31 iyul. REPORT.AZ/ "Xəyyam Mirzəzadədənin peşəkar musiqi kadrlarının yetişdirilməsində müstəsna xidmətləri olub". 

"Report" xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasında Xəyyam Mirzəzadə ilə keçirilən vida mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev deyib. 

"O, öz istedadını musiqimizin müxtəlif janrlarında sınayıb. Onun musiqiləri təkcə Azərbaycanda deyil, digər ölkələrdə də səslənərək böyük rəğbət qazanıb. Onun haqqında danışanda necə gözəl xarakterli olduğunu sezmək mümkündür. Heç kəs bu dünyada əbədi deyil. Lakin insanın özündən sonra qoyduğu izlər daha önəmlidir. Xəyyam Mirzəzadə də dərin izlər buraxıb gedən şəxslərdəndir", - nazir qeyd edib.


*** 12:40

Bakı. 31 iyul. REPORT.AZ/ "O, Azərbaycanın canlı tarixçəsi idi". 

"Report" xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasında Xəyyam Mirzəzadə ilə keçirilən vida mərasimində mərhumun oğlu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə bildirib. 

Onun sözlərinə görə, atası çox mürəkkəb insan olub: "Onun hər zaman əsas məqsədi və istəyi dövlətə layiqincə qulluq etmək olub. Dövlət işçisi olmasa da, onun hər biri əsəri xaricdə geniş təbliğ olunurdu. Ola bilərdi ki, o bəzən kiməsə bir az kobud insan kimi görünərdi. Lakin o çox qeyri-adi istedad idi. Hər zaman sevdiklərinə hörmətlə yanaşırdı. Onun mənə qalan yadigarı əsərləri oldu. Son illər xəstəliyinə görə gəzə bilmirdi. Amma ölkədə baş verənləri diqqətlə izləyirdi. Ona dövlət tərəfindən daim diqqət və qayğı göstərilib. Bunu həmişə də hiss edirdi. Xəstəliyi ilə bağlı kimsəyə nəsə deməyimizi istəmirdi. Çünki kimisə narahat etməyi xoşlamırdı. Xəstə olanda belə daim yeni əsərlər yaradırdı. O, Azərbaycanın canlı tarixçəsidir".


*** 11:52

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, Bakı Musiqi Akademiyasında baş tutan vida mərasimində mərhumun yaxınları ilə yanaşı, incəsənət xadimləri,  diplomatlar, dövlət rəsmiləri, ziyalılar iştirak edirlər. 

Mərhum vida mərasimindən sonra II Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, görkəmli bəstəkar uzun sürən xəstəlikdən sonra ötən gün evində dünyasını dəyişib.

Qeyd edək ki, X.Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. Otuzdan çox kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib. 

Son xəbərlər

Orphus sistemi