"Xeyirlə Şərin rəqsi" filminin təqdimat mərasimi keçirilib

"Xeyirlə Şərin rəqsi" filminin təqdimat mərasimi keçirilib Film Azərbaycanın tanınmış dedektiv yazıçısı Çingiz Abdullayevin "Quba kapriççiosu" romanı əsasında ekranlaşdırılıb
İncəsənət
27 May , 2016 20:43
Xeyirlə Şərin rəqsi filminin təqdimat mərasimi keçirilib

Bakı. 27 may. REPORT.AZ/ Nizami Kino Mərkəzində rejissor Yavər Rzayevin ekranlaşdırdığı "Xeyirlə Şərin rəqsi" filminin təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və KİV nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, "Xeyirlə Şərin rəqsi" filmi Azərbaycanın tanınmış dedektiv yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin "Quba kapriççiosu" romanı əsasında ekranlaşdırılıb.

Filmin quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Yavər Rzayev, quruluşçu-operatoru Nadir Mehdiyev, quruluşçu-rəssamı Rafiq Nasirov, bəstəkarı Siyavuş Kərimi, icraçı prodüsseri Nadir Əliyev, prodüsseri Müşfiq Hətəmovdur.

Filmin çəkilişləri Bakı və Qubada aparılıb.

Ekran əsərində Dronqo obrazını əməkdar artist İlqar Muradov canlandırır. Digər rolları xalq artistlər Məbud Məhərrəmov və Şükufə Yusupova, əməkdar artistlər Qurban İsmayılov, Ayşad Məmmədov, Şövqi Hüseynov, aktyorlar Əjdər Zeynalov, Rasim Cəfərov, Münəvvər Əliyeva və digərləri ifa edir. 

Son xəbərlər

Orphus sistemi