"Xeyir ilə Şərin rəqsi" bədii filmi yaxın vaxtlarda təhvil veriləcək

"Xeyir ilə Şərin rəqsi" bədii filmi yaxın vaxtlarda təhvil veriləcək Film dövlət sifarişi ilə istehsal olunub
İncəsənət
5 Sentyabr , 2015 18:44
Xeyir ilə Şərin rəqsi bədii filmi  yaxın vaxtlarda təhvil veriləcək

Bakı. 5 sentyabr. REPORT.AZ/ Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Xeyir ilə Şərin rəqsi" bədii filminin istehsalının son tamamlama işləri aparılır. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, film dövlət sifarişi ilə istehsal olunub.

Sözü gedən filmin yaxın vaxtlarda təhvil verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, xalq yazıçısı Çingiz Abdullayevin "Quba kapriççosu" romanının motivləri əsasında ekranlaşdırılan, psixoloji detektiv janrında olan "Xeyir ilə Şərin rəqsi" filmin quruluşçu rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nasirov, bəstəkarı Siyavuş Kərimi, prodüseri Müşfiq Hətəmovdur. Qubanın Qırımızı qəsəbəsində Qacar şah nəslinə mənsub nadir almazın axtarışı əsas süjet xəttini təşkil edən filmdə İlqar Muradov, Məbud Məhərrəmov, Şükufə Yusupova, Münəvvər Əliyeva, Qurban İsmayılov, Ayşad Məmmədov, Əjdər Zeynalov, Rasim Cəfərov və digərləri çəkiliblər.

Son xəbərlər

Orphus sistemi