Yuxarı
    Bağlamaq

    Azərbaycanın Ukraynadakı səfirliyinin nəzdində Mədəniyyət Mərkəzi və Art Qalereya yaradılır

    Azərbaycan Mədəniyyət Mərkəzi, ART Qalereya və Heykəl Parkının açılışı yaz aylarında planlaşdırılır

    Bakı. 11 yanvar. REPORT.AZ/ Ukraynanın Xarkov şəhərində səfirliyimizin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin, ART Qalereya və Heykəl Parkının açılışı üçün işlər yekunlaşıb. 

    Bu barədə "Report"a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. Xarkovun mərkəzində yerləşəcək Azərbaycan Mədəniyyət Mərkəzi, ART Qalereya və Heykəl Parkının açılışı yaz aylarında planlaşdırılır.

    Bu layihənin reallaşması səfirliyin dəstəyi və təşəbbüsü ilə Ukraynanın Xalq Rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov tərəfindən həyata keçirilib.

    Azərbaycan Mədəniyyət Mərkəzinin və ART Qalereyanın əsas məqsədi Azərbaycan mədəniyyətini və sənətini təbliğ etmək, mədəni irsin qorunması, istedadlı uşaqların inkişafı və dəstəklənməsi, Ukraynanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi, humanitar aksiyaların həyata keçirilməsi və xeyriyyə fəaliyyətinin təbliği məqsədilə milli, regional və yerli proqramların həyata keçirilməsinə kömək etməkdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi