Xanım Qafarovanın anası xəstəxanaya yerləşdirilib

Xanım Qafarovanın anası xəstəxanaya yerləşdirilib "Əla qiymət alan kimi Xanımın şəklinin qarşısında dayanır. "Ana, bax bu gün beş almışam" deyir"
İncəsənət
5 Yanvar , 2015 14:03
Xanım Qafarovanın anası xəstəxanaya yerləşdirilib

Bakı. 5 yanvar. REPORT.AZ/ 2014-cü ildə dünyasını dəyişən əməkdar artist Xanım Qafarovanın anası Gövhər Qafarova ürəyində yaranan ciddi problemlərlə bağlı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bu barədə "Report"a açıqlamasında Xanım Qafarovanın bacısı Rübabə Qafarova məlumat verib.

O, bu işdə Milli Məclisin deputatı Qənirə Paşayevanın köməklik göstərdiyini deyib. "Qənirə xanıma müraciət etdik. Sağ olsunlar, bu gün anamı xəstəxanaya yerləşdirdilər. Ürəyində son vaxtlar ciddi problemlər yaranıb. Yaşlı adamdır. Üstəlik də övlad itirən ana. Anamın sağalması Xanımın yeganə balasına çox lazımdır. Çünki Xanımın qızı anamın yanında böyüyür. Düzdür, eyni həyətdə oluruq. Mənim də yanımda qalır. Amma o uşaq üçün anamın yeri başqadır. Nənəsi ona ananı əvəz edir. Sağ olsun, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva. Heydər Əliyev Fondu Xanımın balasını himayəyə götürüb, balaca Gövhərə yaxşı baxırlar, hər ehtiyacını ödəyirlər. Ötən il məktəbə getdi. Dərslərini yaxşı oxuyur. Artıq, anasının vəfat etdiyini anlayır. Bilir ki, daha qayıtmayacaq. Əla qiymət alan kimi Xanımın şəklinin qarşısında dayanır. "Ana, bax bu gün beş almışam" deyir. Uşağa elə gəlir ki, anası onu görür".

Qeyd edək ki, əməkdar artist, Musiqili Teatrın aktrisası Xanım Qafarova 2014-cü il iyulun 11-də vəfat edib. Aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Son xəbərlər

Orphus sistemi