Yuxarı

Məşhur aktyor səhnədə ölüb

Hadisə yerinə gələn tibb heyəti Bonfilsin həyatını xilas edə bilməyib

Bakı. 9 yanvar. REPORT.AZ/ "Lara Kroft", "Başlanğıc", "Betmen", "Ulduz müharibələri" kimi filmlərdə iştirakı ilə tanınan çinli aktyor Xan Bonfils səhnədə məşq zamanı dünyasını dəyişib.

"Report" xəbər verir ki, 43 yaşlı aktyor Londonun "Craft Theatre" teatrının səhnəsində keçinib.

Hadisə yerinə gələn tibb heyəti Bonfilsin həyatını xilas edə bilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi