Yuxarı

Xalq yazıçısı Elçinin əsəri ilk dəfə Musiqili Teatrın səhnəsində nümayiş olunacaq

“Baladadaşın toy hamamı” əsərinin son məşqləri gedir

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” əsəri əsasında hazırlanan musiqili komediyanın son məşqləri gedir.

Bu barədə "Report"a Musiqili Teatrın mətbuat xidmətindən məlumat verilib.

Musiqili Teatrın səhnəsində ilk dəfə olaraq, yazıçının əsəri əsasında hazırlanan tamaşa nümayiş etdiriləcək. Tamaşanın bəstəkarı Firudin Allahverdi, liberetto müəllifi isə Nofəl Vəliyevdir. Səhnə əsərində səslənəcək mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.

Yazıçının məşhur hekayəsinin motivləri əsasında səhnələşdirilən əsərin quruluşçu-rejissoru xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı xalq rəssamı Tahir Tahirov, rəssamı Elgün Vəliyev, baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

Tamaşada əsas obrazları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev, Nərgiz Kərimova, Nahidə Orucova, Əkbər Əlizadə, Novruz Əliyev, aktyorlar Möylə Mirzəliyev, Gültac Əlili, Türkel Şabanova və başqaları canlandıracaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi