Xalq artistinin doğum günüdür

Xalq artistinin doğum günüdür "Mənim üçün ən gözəl hədiyyə odur ki, həyat yoldaşım bu gün xəstəxanadan evə yazılıb"
İncəsənət
22 Yanvar , 2015 11:08
Xalq artistinin doğum günüdür

Bakı. 22 yanvar.REPORT.AZ/ Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Hacı İsmayılovun doğum günüdür. Onun 71 yaşı tamam olur.

Xalq artisti "Report"a açıqlamasında doğum gününü dostları və ailəsinin əhatəsində keçirəcəyini deyib: "Bu gün səhərdən təbrik zəngləri gəlir. Səhər saatlarında televiziyaya dəvət ediblər. Günorta isə Azərbaycan Teatr Xadimləri İttifaqında məni təbrik edəcəklər. Azərpaşa Nemət mənə diplom və hədiyyə təqdim edəcək. Mən həm də, Teatr Xadimləri İttifaqının sədr müaviniyəm, axı. Axşama doğru isə ad günümü evdə ailəmlə birlikdə keçirəcəm. Mənim üçün ən gözəl hədiyyə odur ki, həyat yoldaşım bu gün xəstəxanadan evə yazılıb. Evin xanımı yanımda olacaqsa, hər kəs sağlamdırsa əsl ad günü, əsl hədiyyə elə budur".

Qeyd edək ki, görkəmli sənətkar 1944-cü ildə Bakıda doğulub. 190 saylı orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır.

Məşhur kino və teatr aktyoru Hacı İsmayılov bu iki doğma sənətdə qazandığı nailiyyətlərə görə 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2000-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar ordeninə layiq görülüb.

Hacı İsmayılov ilk dəfə 1980-ci ildə "Azərbaycanfilm" kinostudiyasında "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.

Ailəlidir, iki övladı və iki nəvəsi var.

Son xəbərlər

Orphus sistemi