Xalq artistinin 100 illik yubileyi qeyd olunacaq

Xalq artistinin 100 illik yubileyi qeyd olunacaq Əlibaba Abdullayevin yubiley tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində olacaq
İncəsənət
20 Oktyabr , 2015 12:38
Xalq artistinin 100 illik yubileyi qeyd olunacaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, baletmeystr, peşəkar rəqqas Əlibaba Abdullayevin 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata əsasən, yubiley tədbiri oktyabrın 21-i saat 14:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində olacaq.

Tədbirdə Əlibaba Abdullayevin həyat və yaradıcılığından söhbət açılacaq.

Son xəbərlər

Orphus sistemi