Xalq artistinə mükafat verilib

Xalq artistinə mükafat verilib Böyükxanım Əliyevanın 70 illik yubileyidir
İncəsənət
2 Noyabr , 2015 12:39
Xalq artistinə mükafat verilib

Bakı. 2 noyabr. REPORT.AZ/ Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, xalq artist Böyükxanım Əliyevaya 70 illik yubileyi münasibətilə mükafat verilib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Xalq artisti teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının akrtisası, xalq artisti Əliyeva Böyükxanım Həsənbala qızı 1945-ci ildə anadan olub. O, ömrünün 42 ildən artıq bir dövrünü sənətə həsr edib. 

B.Əliyeva 1969-1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində ali təhsil alıb.
1973-cü ildən bu günədək Lənkəran Dövlət Dram Teatrında aktrisa kimi çalışan B.Əliyeva bu teatrın səhnəsində 100-dən çox obrazlar yaradıb.

Onun Gültəkini ("Aydın", C.Cabbarlı), Rəfiqəsi ("Alov" M.Hüseyn), Təhminəsi ("Təhminə və Zaur", Anar), Bəyimi ("Anar fəryadı", M.Əliyev), Nihalı ("Yağışdan sonra",B.Vahabzadə), Anası ("Ləyaqət", H.Mirələmov), İokastası ("Şah Edip", Sofokl), Ambrası ("Dəmir sinif", A.Nikolai), Süsənbəri ("Pənah xan Cavanşir", H.Mirələmov), Bənövşəsi ("Kəndli qızı", M.İbrahimov) aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindən sayılır.
Teatr sahəsində səmərəli fəaliyyətinə görə, Böyükxanım Əliyeva 1979-cu ildə "Əməkdar artist", 2000-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi