Azərbaycanın xalq artisti VI Beynəlxalq Milad Opera forumunda iştirak edəcək

Azərbaycanın xalq artisti VI Beynəlxalq Milad Opera forumunda iştirak edəcək Qastrol səfəri Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dəvəti ilə baş tutacaq
İncəsənət
3 Dekabr , 2015 22:58
Azərbaycanın xalq artisti VI Beynəlxalq Milad Opera forumunda iştirak edəcək

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Azərbaycanın xalq artisti Samir Cəfərov Belarusun paytaxtı Minskə qastrol səfərinə gedir.

"Report" xəbər verir ki, səfər dekabrın 16-dan 20-nə kimi davam edəcək. Samir Cəfərov Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dəvəti ilə VI Beynəlxalq Milad Opera forumunda iştirak edəcək

Son illərdə Milad Opera forumu Belarus Respublikasının mədəni həyatında əsas musiqi tədbirlərindən biri kimi dünya musiqi ictimaiyyətinin böyük marağına səbəb olub. Forum çərçivəsində keçirilən tamaşa və konsertlərdə bir sıra ölkələrdən məşhur opera truppaları, vokalçılar qonaq olur, premyeralar və Qala konsertləri təşkil edilir.

Qeyd edək ki, Azərbaycanı bu tədbirdə 2013-cü ildə xalq artisti Əli Əsgərov, 2014-cü ildə isə əməkdar artist Afaq Abbasova isə təmsil edib. 

Son xəbərlər

Orphus sistemi