Xalq artisti Rauf Atakişiyevin 90 illik yubileyinə həsr edilən konsert keçiriləcək

Xalq artisti Rauf Atakişiyevin 90 illik yubileyinə həsr edilən konsert keçiriləcək Konsert fevralın 13-də Azərbaycan Dövlət Filarmoniyasında olacaq
İncəsənət
10 Fevral , 2016 17:16
Xalq artisti Rauf Atakişiyevin 90 illik yubileyinə həsr edilən konsert keçiriləcək

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanın xalq artisti, pianoçu Rauf Atakişiyevin 90 illik yubileyinə həsr olunan konsert proqramı keçiriləcək.

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından "Report"a verilən məlumata görə, konsert fevralın 13-də olacaq. 

Konsert proqramında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru Rauf Abdullayev, dirijor Yalçın Adıgözəlovdur.

Konsertdə Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Ülviyyə Hacıbəyova çıxış edəcək.

Qeyd edək ki, Rauf Atakişiyev 1925-ci il iyulun 15-də anadan olub. Lirik-dramatik tenor səsi olan R.Atakişiyev həm də pianoçu olub. 

Son xəbərlər

Orphus sistemi