Yuxarı
    Bağlamaq

    Xalq artisti Qəndab Quliyeva vəfat edib

    Qəndab Quliyeva iyunun 26-da 67 yaşında dünyasını dəyişib

    Bakı. 26 iyun. REPORT.AZ/ Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyeva vəfat edib.

    "Report"un məlumatına görə, xalq artisti iyunun 26-da 67 yaşında dünyasını dəyişib. 

    Səhhətində ciddi problemlər yaranan Q.Quliyeva bir neçə gün əvvəl Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə  yerləşdirilmişdi. Həkimlər ona ürək, böyrək çatışmazlığı və ağ ciyərin sətəlcəmi diaqnozu qoymuşdu.

    Qeyd edək ki, Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 

    Allah rəhmət eləsin!

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi