Xalq artisti Muxtar Maniyevin səhhəti normallaşıb

Xalq artisti Muxtar Maniyevin səhhəti normallaşıb Aktyor palataya köçürülüb
İncəsənət
19 Avqust , 2015 14:45
Xalq artisti Muxtar Maniyevin səhhəti normallaşıb

Bakı. 19 avqust. REPORT.AZ/ Xalq artisti Muxtar Maniyevin səhhəti qismən normallaşıb. Aktyor reanimasiyadan palataya köçürülüb.

Həyat yoldaşı Nəsibə Maniyeva "Report"a açıqlamasında deyib ki, xalq artisti özünü yaxşı hiss edir.

O qeyd edib ki, həkimlərin rəyinə əsasən, M.Maniyevin səhhətində müsbətə doğru irəliləyiş var: "Hazırda danışır, yaddaşı yaxşıdır. Sənət yoldaşları onu ziyarət edir. Mədəniyyət və Turizm Nazirliyi, "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyi və Səhiyyə Nazirliyi Muxtarın səhhətini hər zaman diqqət mərkəzində saxlayır. Hər kəsə təşəkkür edirik. Amma xəstəxanadan nə zaman çıxacağı hələ dəqiqləşməyib. Qarşıdakı günlərdə özünü yaxşı hiss etsə, xəstəxanadan evə buraxılacaq".

M.Maniyev şəkər xəstəliyindən əziyyət çəkir və iki dəfə infarkt keçirib. Avqustun 6-da vəziyyəti pisləşən aktyoru Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdiriblər və orada cərrahiyyə əməliyyatı olunub. Onun sol ayağı topuqdan aşağı amputasiya edilib. 

Xatırladaq ki, xalq artisti Muxtar Maniyev 1935-ci ildə Bakıda anadan olub. İlk təhsilini 199 saylı məktəbdə alıb. Neft-Kimya İnstitutunda mühəndis ixtisası üzrə təhsil alıb. Daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda ikinci təhsil alıb. 157-dən çox filmə çəkilib. 

Son xəbərlər

Orphus sistemi