Bakı. 17 avqust. REPORT.AZ/ Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan Azərbaycanın xalq artisti, qocaman diktor Sabir Ələsgərovun səhhəti normaldır.
Xalq artisti "Report"a açıqlamasında deyib ki, müalicəsini ev şəraitində davam etdirir.
Onun sözlərinə görə, bir müdət əvvəl yenidən xəstəxanaya müraciət edib: "Hazırda evdəyəm. Müalicəm ev şəraitində davam edir. Özümü əvvələ baxanda normal hiss edirəm. Şükür Allaha, çətin vəziyyət arxada qalıb".