Yuxarı

Xalq artisti: "Mirzə Cəlilin bir neçə əsərinə quruluş vermək istəyirəm"

Kişmiş oyunu tamaşası bölgə teatrlarının birində səhnəyə qoyulacaq

Bakı. 26 yanvar. REPORT.AZ/ "Cəlil Məmmədquluzadənin əsərlərindən bir neçəsini səhnəyə qoymaq istəyirəm". 

Bunu "Report"a açıqlamasında xalq artisti, rejissor Vaqif Əsədov deyib. 

Rejissor bildirib ki, C.Məmmədquluzadənin bir neçə əsərinə quruluş verəcək: "Gənc Tamaşaçılar Teatrında quruluş verdiyim tamaşalar oynanılır. Ürəyimdən, Mirzə Cəlilin bir neçə əsərinə səhnə ömrü vermək keçir. Dahi ədibin səhnəyə qoyulmayan və ya çox az qoyulan əsərlərindən istifadə etmək istəyirəm. Bölgə teatrlarının birində "Kişmiş oyunu" əsərinə quruluş verəcəm. "Ölülər" əsərini də, səhnəyə qoymaq istəyirəm. Hələlik bunlar gələcək üçün düşündüklərimdir. İnşallah, bu planlarımı həyata keçirə biləcəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi