Xalq artisti Məzahir Süleymanov: "Son illər yaşlı nəslin aktyorları unudulub"

Xalq artisti Məzahir Süleymanov: "Son illər yaşlı nəslin aktyorları unudulub" "İşsizlikdən yorulmuşam"
İncəsənət
17 İyun , 2016 13:32
Xalq artisti Məzahir Süleymanov: Son illər yaşlı nəslin aktyorları unudulub

Bakı. 17 iyun. REPORT.AZ/ "İşsizlikdən yorulmuşam". 

Bunu "Report"a açıqlamasında Azərbaycanın xalq artisti Məzahir Süleymanov bildirib.

Onun sözlərinə görə, yaşlı nəslin aktyorları unudulub: "Son illər bizim nəslin aktyorlarını unudublar. Elə bil biz yoxuq. Yada düşmürük. Mən sonuncu dəfə Yavər Rzayevin "Xeyirlə Şərin rəqsi" filmində epizoda çəkilmişəm. Həmin filmdən sonra da, əvvəl də başqa filmə, tamaşaya, seriala dəvət almamışam". 

M.Süleymanov hazırda uzun illərdir çalışdığı Sumqayıt Dövlət Dram Teatrında təmir işlərinin aparıldığını vurğulayıb: "Mənim rol aldığım tamaşalar da təmirdən əvvəl repertuarda yox idi. Bir sözlə, səhnə, kamera üçün darıxmışam. Ömrümüzün son illəri qalıb. Heç olmasa istifadə etsinlər". 

Son xəbərlər

Orphus sistemi