Yuxarı

Xalq artisti ikinci dəfə əməliyyat olunacaq

Yasin Qarayevin ayaq damarlarında problem yaranıb

Bakı.16 oktyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayev ikinci dəfə cərrahiyyə əməliyyatı olunacaq.

Xalq artisti "Report"a açıqlamasında deyib ki, səhhətində yaranan problemə görə yeni seriala çəkilmək təkliflərini qəbul etməyib.

Y.Qarayev bildirib ki, ayaqlarının qan-damar sistemində problemlər yaranıb: "Səhhətimlə əlaqədar bir neçə serialdan imtina etdim. İki serialda çəkilirdim. Onların da, çəkilişləri bu ayın sonu bitəcək. Gələn ay, cərrahiyyə əməliyyatı olunacam. Ayaq damarlarımda problem yaranıb və qan dövranı çətinləşib. Noyabrın əvvəlində Mərkəzi Klinikada ayaq damarımı dəyişəcəklər. Ümid edirəm ki, hər şey yaxşı olacaq". 

Qeyd edək ki, xalq artisti ötən il İranda ürəyindən əməliyyat olunub və ürəyini qidalandıran damarları təmizləyib stend qoyublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi