Yuxarı
    Bağlamaq

    Xalq artisti İlham Əsgərovun vəfatı ilə əlaqədar Milli Dram Teatrının açılış tamaşasında dəyişiklik edilib

    Teatr 143-cü mövsümü sentyabrın 18-də açacaq

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 143-cü teatr mövsümünü xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin "Qarabağnamə" tamaşası ilə açacaq.

    "Report" xəbər verir ki, xalq artisti İlham Əsgərovun qəfil vəfatı ilə əlaqədar olaraq, tamaşada dəyişiklik edilib.

    Belə ki, İbrahim xan rolunun ifaçısı İlham Əsgərovun vəfatından sonra bu obrazı rolun digər ifaçısı əməkdar artist Kazım Abdullayev ifa edəcək.

    Tamaşadan əvvəl teatrın bədii rəhbəri və baş rejissoru, əməkdar incəsənət xadimi, xalq artisti Azərpaşa Nemət yeni teatr mövsümünün açılışı ilə bağlı çıxış edəcək. Həmçinin xalq artisti İlham Əsgərovun xatirəsi anılacaq.

    Qısa rəsmi hissədən sonra "Qarabağnamə" tamaşası nümayiş etdiriləcək.

    Xatırladaq ki, "Qarabağnamə" tamaşası İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında yeni quruluşda hazırlanıb. Tamaşanın rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsəri Qarabağ xanlığından, Ağabəyim ağanın həyatından bəhs edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi