Xalq artisti İlham Əsgərovun anım mərasimi keçiriləcək

Xalq artisti İlham Əsgərovun anım mərasimi keçiriləcək Tədbir Dövlət Akademik Milli Dram Teatrının təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək
İncəsənət
9 Sentyabr , 2015 13:39
Xalq artisti İlham Əsgərovun anım mərasimi keçiriləcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq artisti İlham Əsgərovun xatirəsinə həsr olunan anım mərasimi keçiriləcək. Bu barədə "Report"a teatrın direktoru İsrafil İsrafilov məlumat verib.

O bildirib ki, mərasim Dövlət Akademik Milli Dram Teatrının təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək: "Anım mərasiminin tarixi hələ dəqiqləşməyib. Amma tədbirin Dram Teatrında mövsümün açılışından sonra keçiriməsini nəzərdə tutmuşuq".

Xatırladaq ki, İlham Əsgərov sentyabrın 6-da dünyasını dəyişib. Bir neçə il öncə onun beyninə qan sızmışdı.

Son xəbərlər

Orphus sistemi