Yuxarı

Xalq artisti İlham Əsgərovun 40 mərasimi keçiriləcək

Akademik Milli Dram Teatrının kollektivi oktyabrın 16-da Masallıya gedəcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ Oktyabrın 16-da xalq artisti, Akademik Milli Dram Teatrının mərhum aktyoru İlham Əsgərovun dünyasını dəyişməsindən 40 gün ötür.

"Report" xəbər verir ki, teatrın kollektivi həmin gün mərhum aktyorun dəfn olunduğu Masallı rayonuna yola düşəcək.

Xalq artistinin 40 mərasimində Akademik Milli Dram Teatrının kollektivi və İlham Əsgərovun sənət dostları, sənətinin vurğunları iştirak edəcək.

Aktyorun məzarı ziyarət ediləcək, ruhuna dualar oxunacaq.

Xatırladaq ki, xalq artisti sentyabrın 6-da qəflətən dünyasını dəyişib. Mərhum aktyor, sentyabrın 7-də Masallı rayonunun Xoşçobanlı kəndində, atasının yanında dəfn edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi