Xalq artisti İlham Əsgərovla vida mərasimi başa çatıb, cənazə Masallıya yola salınıb

Xalq artisti İlham Əsgərovla vida mərasimi başa çatıb, cənazə Masallıya yola salınıb Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov vida mərasimində iştirak edib
İncəsənət
7 Sentyabr , 2015 11:37
Xalq artisti İlham Əsgərovla vida mərasimi başa çatıb, cənazə Masallıya yola salınıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Xalq artisti İlham Əsgərovla vida mərasimi başa çatıb. "Report" xəbər verir ki, mərhumun evində keçirilən mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, nazirliyin rəsmiləri, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, teatrın bədii rəhbəri - baş rejissoru Azərpaşa Nemət, mədəniyyət və incəsənət xadimləri, İ.Əsgərovun sənətinin vurğunları iştirak ediblər.

Nazir müavini Ədalət Vəliyev nazirlik adından çıxış edib. O, xalq artistinin vəfatının Azərbaycan teatrı üçün ağır itki olduğunu deyib: "İlham Əsgərovu çox erkən itirdik".

Vida mərasimi başa çatandan sonra İ.Əsgərovun cənazəsi qaldırılıb. Mərasimə toplaşanlar xalq artistini son mənzilə alqışlarla yola salıblar. Cənazə Masallı rayonuna yola salınıb. 

Mərhum Masallı rayonunun Xoşçobanlı kəndində atasının yanında dəfn olunacaq.

Xatırladaq ki, İ.Əsgərov sentyabrın 6-da dünyasını dəyişib. Bir neçə il öncə onun beyninə qan sızmışdı.

Son xəbərlər

Orphus sistemi