Yuxarı

Xalq artisti İlham Əsgərov dəfn olunub - FOTO

Dəfndə Akademik Milli Dram Teatrının rəhbərliyi və aktyorları iştirak edib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərov Masallı rayonunun Xançobanlı kəndində torpağa tapşırılıb.

"Report" xəbər verir ki, xalq artisti atasının yanında dəfn edilib.

Dəfn mərasimində Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, teatrın bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemət, həmçinin teatrın aktyorları, kənd əhalisi iştirak edib.

Xatırladaq ki, 57 yaşlı İlham Əsgərov sentyabrın 6-da infarktdan dünyasını dəyişib.

Bir neçə il əvvəl sənətkarın beyninə qan sızmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi