Xalq artisti Fidan Hacıyeva ilk dəfə Gülçöhrə rolunda səhnəyə çıxacaq

Xalq artisti Fidan Hacıyeva ilk dəfə Gülçöhrə rolunda səhnəyə çıxacaq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının nümayişi olacaq
İncəsənət
3 Noyabr , 2015 19:07
Xalq artisti Fidan Hacıyeva ilk dəfə Gülçöhrə rolunda səhnəyə çıxacaq

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının nümayişi olacaq.

"Report" xəbər verir ki, operettanın nümayişi noyabrın 28-də keçiriləcək.

1998-ci ildə əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulmuş “Arşın mal alan” artıq 17 ildir ki, fasiləsiz olaraq teatrın repertuarındadır.

Noyabrın 28-də baş tutacaq tamaşanın özəlliyi bu tamaşada ilk dəfə Gülçöhrə rolunda Azərbaycanın xalq artisti Fidan Hacıyevanın çıxış etməsidir. Opera və Balet Teatrının səhnəsində indiyə kimi Karmen (“Karmen”), Amneris (“Aida”), Azuçena (“Trubadur”), Rozina (“Sevilya bərbəri”), Gülüş (“Sevil”), Asya (“Arşın mal alan”), Xanəndə qız (“Koroğlu”) və s. rol və partiyaları yüksək professionallıqla ifa edən xalq artisti ilk dəfə Gülçöhrə kimi səhnəyə çıxacaq.

Qeyd edək ki, tamaşanı gənc dirijor Əyyub Quliyev idarə edəcək.

Əsgər rolunda əməkdar artist Fərid Əliyev, Cahan xala rolunda əməkdar artist Gülüstan Əliyeva, Soltan bəy rolunda əməkdar artist Yadigar Muradov, Süleyman rolunda Tural Ağasıyev, Telli rolunda xalq artisti Gülyaz Məmmədova, Vəli rolunda isə əməkdar artist Ələkbər Əliyev çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi