Xalq artisti Cəfər Namiq Kamalın 65 illik yubileyi qeyd olunub

Xalq artisti Cəfər Namiq Kamalın 65 illik yubileyi qeyd olunub "Hələ tezdir, bəlkə də 70-dən sonra oturmaq olar"
İncəsənət
30 Aprel , 2015 10:46
Xalq artisti Cəfər Namiq Kamalın 65 illik yubileyi qeyd olunub

Bakı. 30 aprel. REPORT.AZ/ Akademik Milli Dram Teatrında xalq artisti Cəfər Namiq Kamalın 65 illik yubileyi qeyd olunub. "Report" xəbər verir ki, ilk olaraq xalq artisti Ramiz Novruz və Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov çıxış edib, yubilyarı təbrik ediblər. İ.İsrafilov deyib ki, Əhmədovlar ailəsi Azərbaycan incəsənətinə iki böyük sənətkar -Cəfər Namiq Kamalı və İlham Namiq Kamalı bəxş edib. Sonra Cəfər Namiq Kamal alqış sədaları altında səhnəyə çıxıb, yubileyə gələnlərə təşəkkürünü çatdırıb. 

Yubilyarın qardaşı, xalq artisti İlham Namiq Kamal, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, xalq artisti Firəngiz Mütəllimova, Ramiz Novruz, Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artist Mehriban Xanlarova C.N.Kamala təbriklərini çatdırıblar, hədiyyələrini təqdim ediblər.

Daha sonra M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası nümayiş etdirilib. Yubiley münasibətilə göstərilən tamaşada C.N.Kamal vəzir Mirzə Həbib obrazını oynayıb. 

Yubiley mərasimi haqda fikirlərini bölüşən Cəfər Namiq Kamal deyib :"Oturmaq vaxtı deyil, mənim yerim səhnədir. Hələ tezdir, bəlkə də 70-dən sonra oturmaq olar".

Son xəbərlər

Orphus sistemi