Cahangir Novruzov Türkiyədə mükafata layiq görülüb

Cahangir Novruzov Türkiyədə mükafata layiq görülüb Azərbaycanın görkəmli sənətkarı Adana Teatrının inkişafındakı xidmətlərinə görə "Tiyatro için Emek Ödülü" mükafatına layiq görülüb
İncəsənət
22 Avqust , 2016 12:43
Cahangir Novruzov Türkiyədə mükafata layiq görülüb

Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyənin "XVI Direklerarası Seyirci Ödülləri" teatr mükafatının qalibləri açıqlanıb.

"Report" xəbər verir ki, mükafatın “Halk Jürisi”nin üzvləri 2015-2016-cı ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. 

Münsiflər heyətinin üzvləri Adana, Ankara, Antalya, Balıkəsir, Bartin, Bitlis, Bolu, Burdur, Bursa, Diyarbəkir, Əskişəhər, Qaziantep, Giresun, Hatay, İzmir, Kocaeli, Manisa, Mersin, Muğla, Ordu, Samsun, Trabzon və Van şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.

Mükafatçılar arasında Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov da var. O, Adana Teatrının inkişafındakı xidmətlərinə görə "Tiyatro için Emek Ödülü" mükafatına layiq görülüb. 

Mükafatlar oktyabrda Adanada keçiriləcək festivalda təqdim ediləcək. 

Son xəbərlər

Orphus sistemi