Bakı. 18 yanvar. REPORT.AZ/ Bakıdakı “Təzəpir” məscidində xalq artisti, rəqqas Böyükağa Məmmədovla vida mərasimi başlayıb.
“Report” xəbər verir ki, vida mərasimində xalq artistinin yaxınları, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirlər.
Xalq artisti Binəqədi qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Xalq artisti uzun sürən xəstəlikdən sonra 90 yaşında vəfat edib.