Xalq artisti Musa Mirzəyev ikinci Fəxri xiyabanda dəfn olunub

Xalq artisti Musa Mirzəyev ikinci Fəxri xiyabanda dəfn olunub Dəfn mərasimində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edib
İncəsənət
29 Yanvar , 2016 16:23
Xalq artisti Musa Mirzəyev ikinci Fəxri xiyabanda dəfn olunub

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq artisti, məşhur bəstəkar Musa Mirzəyev ikinci Fəxri Xiyabanda dəfn olunub.

“Report” xəbər verir ki, dəfn mərasimində mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, nazirliyin nümayəndələri, teatr və muzeylərin direktorları, mədəniyyət və incəsənət xadimləri, bəstəkarın ailə üzvləri iştirak edib.

Xatırladaq ki, M.Mirzəyev yanvarın 29-da səhər saatlarında Bakıda vəfat edib.

Qeyd edək ki, M.Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün “Polifonik simfoniya”, skripka və piano üçün “Romantik poema”, piano üçün “Qəmli melodiya”, piano üçün "Konsert-rondo" və başqa əsərlərin müəllifidir.

M.Mirzəyev Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Prezident təqaüdçüsü idi. O, Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə görə,"Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunub. 

Son xəbərlər

Orphus sistemi