Barat Şəkinskayanın 100 illik yubileyi qeyd olunub

Barat Şəkinskayanın 100 illik yubileyi qeyd olunub Tərbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib
İncəsənət
17 Dekabr , 2014 20:16
Barat Şəkinskayanın 100 illik yubileyi qeyd olunub

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli teatr və kino aktrisası, xalq artisti Barat Şəkinskayanın 100 illik yubileyinə həsr olunan təntənəli gecə keçirilib. "Report"un məlumatına görə, tərbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.

Tədbiri Ə.Qarayev açaraq B.Şəkinskayanın həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Nazir deyib ki, Qarabağ xanlarının nəslindən olan B.Şəkinskayanın yaradıcılığı Gəncə teatrından başlayıb və sonradan Akademik Milli Dram Tetrı ilə bağlı olub. Ə.Qarayev B.Şəkinskayanı Azərbaycanın əfsanəvi akrtisası və ensiklopediyası adlandırıb. Bundan sonra tədbirin rəsmi hissəsi başa çatıb və bədii hissə başlaylb. Bədii hissədə görkəmli aktrisanın teatr səhnəsində və kinoda oynadığı rollardan parçalar canlandırılıb.

Son xəbərlər

Orphus sistemi