Xalq artisti Azər Rzayev evdə müalicə olunur

Xalq artisti Azər Rzayev evdə müalicə olunur İyulun 15-də bəstəkarın 85 yaşı tamam olub
İncəsənət
25 Avqust , 2015 10:33
Xalq artisti Azər Rzayev evdə müalicə olunur

Bakı. 25 avqust. REPORT.AZ/ Səhhətində problemlər yaranan bəstəkar, xalq artisti, əməkdar incəsənət xadimi Azər Rzayevin vəziyyəti qənaətbəxşdir.

Bu barədə "Report"a bəstəkarın qızı Ülviyyə Rzayeva məlumat verib. Onun sözlərinə görə, atası uzun zamandır ev şəraitində müalicə olunur: "Ümumi vəziyyəti normaldır".

İyulun 15-də "Şöhrət" ordenli xalq artistinin 85 yaşı tamam olub. Qızı bildirib ki, A.Rzayev uzun müddətdir yaşı və səhhəti ilə əlaqədar olaraq evdən çıxmır: "Özünü normal hiss edir. Anamın vəfatından sonra qulluğunda mən dayanıram. Daha qocalıb. Amma ürəyi yenə də, musiqi ilə döyünür. 85 illik yubileyi münasibətilə Bəstəkarlar İttifaqının rəhbərliyi atamı təbrik edib. Payızda atamın əsərlərindən ibarət konsertin keçirilməsini istəyirəm. Özü bu konsertə gələ bilməsə də, Azər Rzayev musiqiləri yenidən səslənər. Bu ona da xoş olar".

Xatırladaq ki, Azər Rzayev 1930-cu il iyulun 15-də Bakıda anadan olub. Görkəmli opera müğənnisi, Həqiqət Rzayevanın övladıdır. 

Son xəbərlər

Orphus sistemi