Xalq artisti: "Az-az görünməyimin səbəbi səhhətimlə bağlıdır"

Xalq artisti: "Az-az görünməyimin səbəbi səhhətimlə bağlıdır" "Açıq havada olan çəkilişlərdə özümü narahat hiss edirəm"
İncəsənət
28 Noyabr , 2014 10:25
Xalq artisti: Az-az görünməyimin səbəbi səhhətimlə bağlıdır
Bakı.28 noyabr. REPORT.AZ/ "Teatrdan ayrılsam da, özümü sənətdən kənar saymıram".

Bunu "Report"a Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva deyib.

Zərnigar Ağakişiyeva teatrdan ayrılandan sonra, evdə istirahət etdiyini bildirib. "Uzun illər teatrda, kinoda oynamışam, çəkilmişəm. İndi istirahət edirəm. Yaş ötür, səhhətimiz əvvəlki kimi qalmır. Evdə özümü yaxşı hiss edirəm. Məni unutmayıblar. Həm sənət yoldaşlarım, həm də jurnalistlər tez-tez mənə zəng edirlər, əhvalımı soruşurlar, mənimlə maraqlanırlar. Sənət dostlarımın yubiley gecələrində, tamaşalarında hər zaman iştirak edirəm. Yəni, bütün günüm evdə keçmir. Amma film, serial çəkilişlərinə özüm çox maraq göstərmirəm. Ona görə yox ki, serial çəkənləri bəyənmirəm. Ona görə ki, səhhətim qaydasında deyil. Mən şəkər xəstəsiyəm. Vaxtında dərmanlarımı içməliyəm, qidalanmalıyam, istirahət etməliyəm. Çəkilişlərdə isə bu mümkün olmur. Düzdür, rejissorlar mənə hər şəraiti yaradırlar, sağ olsunlar. Amma, açıq havada olan çəkilişlərdə özümü narahat hiss edirəm. Ona görə dəvətlərə müsbət cavab vermirəm. Az-az görünməyimin səbəbi məhz sağlamlığımla bağlıdır".

Qeyd edək ki, Zərnigar Ağakişiyeva üç il əvvəl Akademik Milli Dram Teatrındakı işindən öz arzusu ilə ayrılıb.

Son xəbərlər

Orphus sistemi