Xalq artisti Ağaxan Salmanlı yubileyi münasibətilə tamaşa hazırlayacaq

Xalq artisti Ağaxan Salmanlı yubileyi münasibətilə tamaşa hazırlayacaq Tamaşada iki yubilyar birlikdə çıxış edəcək
İncəsənət
15 İyun , 2016 10:20
Xalq artisti Ağaxan Salmanlı yubileyi münasibətilə tamaşa hazırlayacaq

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Ağaxan Salmanlı 75 illik yubileyi münasibətilə tamaşa hazırlamaq niyyətindədir.

Bu barədə "Report"a açıqlama verən aktyor yeni tamaşada sənət dostu, xalq artisti Yasin Qarayevlə birlikdə çıxış edəcəklərini bildirib.

"Bu il mənim 75, Yasin Qarayevin 70 yaşı tamam oldu. Hər ikimizin yubileyidir. Uzun illərdir eyni teatrda çalışırıq. Mən rejissor kimi tamaşalar hazırlayıram. Bu səbəbdən qərara gəldim ki, maraqlı əsər götürüb, quruluş verim və hər ikimiz həmin tamaşada çıxış edək", - deyə A.Salmanlı vurğulayıb.

Aktyor deyib ki, hazırda Əhməd Orucoğlunun "Açarını itirənlər" əsəri üzərində işləyir: "Bu tamaşanı hər ikimizin yubileyinə hədiyyə etmək istəyirəm. 4 nəfərlik tamaşadır. Qadın obrazlarını oynayacaq aktrisalar barədə düşünmüşəm. Hələlik nəzərimdə olan aktrisalar əməkdar artistlər Naibə Allahverdiyeva və Nəsibə Eldarovadır. Tamaşa alınsa, yaxşı olacaq. Bu tamaşa ilə Azərbaycanın rayonlarında çıxış etmək istəyirik". 

A.Salmanlı sentyabrda Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün "Məlikməmməd" nağıl-tamaşasına quruluş verəcəyini də əlavə edib: "Bundan əlavə, Salyan Dövlət Kukla Teatrında və Mingəçevir Dövlət Teatrında yeni tamaşalara quruluş verəcəyəm"

Qeyd edək ki, iyunun 24-də A.Salmanlı və Y.Qarayevin yubileyi münasibətilə Azərbaycan Dövlət Teatr Muzeyində tədbir keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi