Xalça Muzeyində saxlanılan “Zərgərlik inciləri” adlı ekspozisiyanın açılışı olub

Xalça Muzeyində saxlanılan “Zərgərlik inciləri” adlı ekspozisiyanın açılışı olub Ekspozisiyanın açılışında mədəniyyət və turizm naziri Sevda Məmmədəliyeva iştirak edib
İncəsənət
18 May , 2016 15:22
Xalça Muzeyində saxlanılan “Zərgərlik inciləri” adlı ekspozisiyanın açılışı olub

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə muzeyin kolleksiyasında qorunub saxlanılan “Zərgərlik inciləri” adlı ekspozisiya açılıb.

"Report" xəbər verir ki, ekspozisiyanın açılışında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Azərbaycanın tanınmış rəssamları iştirak ediblər.

Rəsmi hissədən sonra ekspoziyanın açılışı olub.

Muzeyin fondunda saxlanılan 800-ə yaxın eksponatlardan bir qismi ekspozisiyada təqdim olunub. Zərgərlik nümunələrinin böyük hissəsi XIX əsrin sonu XX əsrin əvvəllərinə, digərləri isə daha qədimlərə – eramızdan əvvəl IV-II minilliklərdə, tunc dövründə yaradılıb. Eksponatların böyük hissəsini zinət əşyaları təşkil edir. Nümunələr arasındsa qadın və kişi zinət əşyalarından başqa, məişət əşyaları da var.

Zərgərlik fondunda qorunan nümunələr Azərbaycanın bir çox bölgələrini əhatə edir. Ziyarətçilər müxtəlif bölgələrə məxsus texnikalarla – həkketmə, şəbəkə, tökmə, basma, qarasavad, minasazlıq və s. kimi qədim üsullarla hazırlanmış zərgərlik nümunələri ilə tanış ola bilərlər.

Mayın 18-dən başlayaraq 3 gün müddətində Xalça Muzeyində "Açıq qapı" günü keçirilir. 

Son xəbərlər

Orphus sistemi