Yuxarı
    Bağlamaq

    Xalça Muzeyində Qanlı Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçiriləcək

    Tədbirdə 20 Yanvar şəhidləri İlham  və Fərizəyə həsr olunan  Sədaqət xalçası  təqdim olunacaq

    Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək.

    Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə 20 Yanvar şəhidləri İlham Allahverdiyev və Fərizə Nəbiyevaya həsr olunan Səməd Təbrizlinin  müəllifi  olduğu "Sədaqət" xalçası qonaqlara təqdim olunacaq.

    Bildirilib ki, anım mərasimində “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin, 20 Yanvar Cəmiyyətinin üzvləri və faciənin şahidləri xatirələrini bölüşəcəklər.

    Tədbirin bədii hissəsində Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin dərnək üzvləri “Şəhidlər yaşayır” adlı rəsm sərgisi, GəncTamaşaçılar Teatrının dramaturq- yazıçısı Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” adlı tamaşasından bir hissə təqdim olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi