Yuxarı
    Bağlamaq

    "Walt Disney" şirkəti filmlərini Çində çəkəcək

    Şirkət prezidentinin sözlərinə görə, ilk film bir il ərzində istehsalata veriləcək

    Bakı. 9 iyun. REPORT.AZ/ "Walt Disney" şirkəti öz filmlərinin istehsalını Çində başlamağa hazırlaşır. 

    "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Robert Ayqer bildirib.

    Onun sözlərinə görə, ilk film bir il ərzində istehsalata veriləcək. Robert Ayqer hesab edir ki, Çin yaxında dünyada ən böyük kino sənayesi bazarına çevriləcək.

    Hazırda "Walt Disney"in 5 kinostudiyasından yalnız biri ABŞ-ın xaricində yerləşir. Bu, 2008-ci ildə Parisdə açılan "Disney Nature" kinostudiyasıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi