“Vurğuna vurğun gəlin” tamaşası təqdim olunub

“Vurğuna vurğun gəlin” tamaşası təqdim olunub Tamaşa şair-dramaturq Zaməddin Ziyadoğlunun Səməd Vurğunun xatirəsinə həsr etdiyi pyes əsasında hazırlanıb
İncəsənət
16 Fevral , 2017 19:39
“Vurğuna vurğun gəlin” tamaşası təqdim olunub

Bakı. 16 fevral. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində əməkdar artist Lətifə Əliyevanın ifasında yeni tamaşaya daxili baxış keçirilib.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, L.Əliyevanın anadan olmasının 70 illik yubileyi münasibətilə təqdim olunmuş yeni tamaşa “Vurğuna vurğun gəlin” adlanır.

Bildirilib ki, tamaşa şair-dramaturq Zaməddin Ziyadoğlunun Səməd Vurğunun xatirəsinə həsr etdiyi pyes əsasında hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru Gülnar Hacıyeva, səhnə tərtibatçısı Zəminə Elbir, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Günay Qasımovadır. 

Son xəbərlər

Orphus sistemi