Bakı. 25 aprel. REPORT.AZ/ Mayın 17-dən 24-dək Bakıda VIII Beynəlxalq Rostropoviç festivalı keçiriləcək.
"Report" xəbər verir ki, festival
Müxtəlif ölkələrdən dünya şöhrətli musiqiçilərin və kollektivlərin iştirak edəcəyi festivalın açılış mərasimi mayın 17-də Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı ilə olacaq. Bədii rəhbər və baş dirijor xalq artisti Rauf Abdullayevdir. Festivalın ilk günündə alman bəstəkarı Karl Orfun “Karmina Burana” səhnə kantatası ifa ediləcək.
Festival çərçivəsində, mayın 23 və 24-də Heydər Əliyev Sarayında Rikkardo Mutinin dirijorluğu ilə Luici Kerubini Orkestrinin geniş konsert proqramı olacaq.